Ali məktəblərə qəbul olanların qeydiyyatı başa çatıb - YENİLƏNİB

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 23 sentyabr 2021 12:14 (UTC +04:00)

Abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi başa çatıb.

APA-nın məlumatına görə, qeydiyyat saat 12:00-da yekunlaşıb.

Qeyd edək ki, qeydiyyat portal.edu.az saytı vasitəsilə aparılıb.

***

09:30

Sentyabrın 23-də abituriyentlərin qəbul olunduqları ali təhsil müəssisələri üzrə qeydiyyat prosesi yekunlaşır. Proses bu gün saat 12:00-dək davam edəcək.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, abituriyentlərin qeydiyyatı ilə bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR