"Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev

© APA | Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev

# 05 oktyabr 2021 16:12 (UTC +04:00)

İşçi Qrup artıq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasını yekunlaşdırmaq üzrədir.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib.

Komitə sədri deyib ki, yaxın günlərdə İşçi Qrupu iclas keçirib qanun layihəsini komitəyə təhvil verəcək: “Bundan sonra qanun layihəsi Elm və təhsil komitəsində müzakirəyə çıxarılacaq. İşçi Qrupunun həm rektorlarla, həm də digər maraqlı tərəflərlə müzakirəsi olmalıdır. Bu müzakirələrdən sonra artıq növbəti həftələrdə İşçi Qrupun iclası təyin olunacaq və layihə parlamentin Elm və təhsil komitəsinə təhvil veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR