Almaniya səfiri Gəncədə Nizami Məqbərəsində olub - FOTO - VİDEO

Almaniya səfiri Gəncədə Nizami Məqbərəsində

© APA | Almaniya səfiri Gəncədə Nizami Məqbərəsində

# 07 oktyabr 2021 16:45 (UTC +04:00)

Gəncəyə səfər edən Almaniya səfiri Volfqanq Maniq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovla görüşüb.

APA-nın yerli bürosunun məlumatına görə, görüşdə icra başçısı Gəncə haqqında səfirə məlumat verib.

Görüşdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub.

Almaniya səfiri Volfqanq Maniq Gəncəyə səfəri çərçivəsində Nizami məqbərəsində olub. Səfir Volfqanq Maniq Gəncə İH başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürklə birgə məqbərəni ziyarət edib.

Səfirə anadan olmasının 880 illiyi qeyd olunan dahi Nizami Gəncəvinin zəngin ədəbi irsi barədə məlumat verilib.

Daha sonar Nizami Gəncəvi Məqbərə Kompleksinədə almaniyalı şərqşünas-alim Stefan Veidnerin "Şərq dünyası ədəbiyyatı" mövzusunda (Nizami Gəncəvi barədə) məruzəsi dinləniləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR