“Alo Karyera” dəstək xidməti istifadəyə verilib

"Alo Karyera"

© APA | "Alo Karyera"

# 31 may 2021 18:36 (UTC +04:00)

Dövlət Məşğulluq Agentliyi pandemiya dövründə peşəyönümü məsləhət xidmətlərinin hədəf qruplarına daha əlçatan olması üçün “Alo Karyera” dəstək xidmətini istifadəyə verib.

Agentlikdən APA-ya verilən məlumata görə, işsiz və işaxtaran şəxslərə “Alo Karyera” vasitəsilə operativ şəkildə peşəyönümü məsləhət xidmətləri göstəriləcək.

Xidmətdən yararlanmaq üçün vətəndaşlar bu gündən etibarən Dövlət Məşğulluq Agentliyinin rəsmi saytında “Layihələr” bölməsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Hər bir müraciət peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanıldıqdan sonra vətəndaşlarla əlaqə saxlanılacaq, görüş üçün vaxt təyin ediləcək və onlayn formada dəstək göstəriləcək.

“Alo Karyera” dəstək xidmətinə karyera planlaması, məqsədlərin təyin olunması, ixtisas seçimi, əmək bazarı və iş axtarışı, CV-lərin hazırlanması, müsahibəyə hazırlıq və s. ilə bağlı məlumat və tövsiyyələrin verilməsi, bu sahələrdə zəruri köməkliyin göstərilməsi daxildir.

Qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olmaq lazımdır: https://www.dma.gov.az/layiheler/alo-karyera

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR