AMEA: Azıx mağarasında beynəlxalq tədqiqatlar aparmaq üçün bir neçə ölkədən təklif var

Fərhad Quliyev

© APA | Fərhad Quliyev

# 24 sentyabr 2021 10:16 (UTC +04:00)

“Azıx mağarası elmi mahiyyətinə görə UNESCO-nun mədəni irs siyahısına daxil olmağa layiq olan abidədir”.

APA-nın Şanlıurfaya ezam olunan əməkdaşının məlumatına görə, bunu 2023-cü ildə "Daş təpələr" (Göbəklitəpə) neolit dövrünə həsr olunacaq beynəlxalq konfransın təqdimatında iştirak edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu abidənin unikallığı haqqında dünya ictimaiyyətində kifayət qədər məlumat var: "1970-1980-ci illərdə Azərbaycan arxeoloqların, o cümlədən Sovet arxeoloqlarının bu tədqiqatda iştirakı bunu sübut edir. Bizim əsas fikrimiz budur ki, gələcəkdə Azıxdakı tədqiqatlar beynəlxalq tədqiqatlar formatında aparılsın. Artıq bir neçə ölkədən təklif var. Xüsusilə də Yaponiyanın Tokio Universiteti bu abidə ilə çox maraqlanır. Biz Azərbaycan qanunlarına hörmət edən, ərazi bütövlüyümüzü tanıyan bütün tədqiqatçılarla əməkdaşlıq etməyə hazırıq. Çünki o abidənin unikallığı təkcə Azərbaycan üçün yox, bütün dünya üçün önəmlidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR