AMEA-nın dörd institutuna direktor seçilib

AMEA

© APA | AMEA

# 28 oktyabr 2021 18:54 (UTC +04:00)

Oktyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin onlayn Ümumi yığıncağı keçirilib.

AMEA-dan APA-ya bildirlib ki, ümumi yığıncaqda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan struktur və kadr islahatları ilə əlaqədar müəssisənin Elmi şurasının tərkibində qismən dəyişiklik haqqında qərar qəbul edilib.

İclasda, o cümlədən bölmənin elmi-tədqiqat müəssisələrinin baş direktoru vəzifəsinə seçkilərin keçirilməsi məsələsi də müzakirə olunub. AMEA-nın müxbir üzvü Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə Hüquq və İnsan Haqları İnstitutunun və filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru vəzifəsinə seçiliblər və təsdiq olunmaları üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, buna qədər də Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun, Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun, Aytən Mustafazadə isə Hüquq və İnsan Haqları İnstitutunun baş direktoru olub.

Nadir Məmmədli isə bu vəzifəyə yeni seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR