AMEA-nın müxbir üzvü Arif Quliyev vəfat edib

Arif Quliyev

© APA | Arif Quliyev

# 17 sentyabr 2021 11:23 (UTC +04:00)

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev vəfat edib.

AMEA-dan APA-ya bildirilib ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. O, Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) elmi fəaliyyətə başlayıb, böyük laborant, kiçik və boyük elmi işçi, laboratoriya müdiri, Geologiya və Geofizika İnstitutunda şöbə rəhbəri vəzifələrində çalışıb.

A.Quliyev 1963-cü ildə texnika elmləri namizədi, 1974-cü ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1977-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilib.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR