Amnistiya Aktı 17 min nəfərə şamil edilir

Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov

© APA | Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov

# 11 noyabr 2021 11:44 (UTC +04:00)

Hazırkı Amnistiya Aktı 4 bölmə, 45 hissədən ibarətdir.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.

Onun sözlərinə görə, birinci bölmədə akt şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, dördüncü bölmədə isə icra prosesi göstərilir: “Bütün statistik məlumatlar tədqiq olunub, amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiyanın şamil edildiyi 17 min nəfərdən 15 mini üzrə işin icrasını ədliyyə orqanları həyata keçirəcək. Bu Amnistiya Aktı genişliyi ilə seçilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR