Amnistiya aktı 17 saylı Cəzaçəkmə müəssisəsində 49 məhkuma şamil edilib

Amnistiya aktı 17 saylı Cəzaçəkmə müəssisəsində 49 məhkuma şamil edilib
# 03 dekabr 2021 13:34 (UTC +04:00)

8 Noyabr - Zəfər Günü münasibətilə qəbul edilən Amnistiya aktı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə müəssisəsində icra olunub.

APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib. O bildirib ki, Amnistiya aktı bu müəssisədə ümumilikdə 49 nəfərə şamil edilib.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR