Amnistiya Aktı indiyədək 3676 məhkuma tətbiq edilib

Elnur Musayev 

© APA | Elnur Musayev 

# 06 dekabr 2021 14:59 (UTC +04:00)

"Zəfər günü münasibətilə Amnistiya Aktı qəbul edildikdən sonra aidiyyəti qurumlara tapşırıqlar verildi. Aktın qəbul olunmasından keçən bir ay ərzində bu akt 3676 məhkuma tətbiq edilib".

APA-nın məlumatına görə, bunu Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün 2021-ci il “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, aktın icra edildiyi cəzaçəkmə müəssisələrinin sayı 1506-dır. Bununla yanaşı, məntəqə tipli cəzaçəkmə müəssisələrində, məhkəmələrdə də aktın tətbiq edilməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR