Amnistiya Aktına daha çox hansı cinayətlər törətmiş şəxslərin düşdüyü məlum olub

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 06 dekabr 2021 15:35 (UTC +04:00)

Bu günə qədər Amnistiya Aktının ən çox tətbiq edildiyi sahə mülkiyyət əleyhinə olan cinayətlərdir (992).

APA xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

O bildirib ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olan cinayətlərə (234-240-cı maddələr üzrə) görə isə 953 halda amnistiya tətbiq edilib: “Həyat və sağlamlığa qəsdən ziyanvurmaya görə cinayət törətmiş 523 nəfərə amnistiya tətbiq edilib”.

Eyni zamanda amnistiya aktı hərbi xidmət əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq edilib. Bu qəbildən olan cinayətlərə görə 45 nəfərə amnistiya tətbiq olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR