ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 78 mina aşkarlanıb

ANAMA: İşğaldan azad edilmiş ərazilərdə ötən həftə 78 mina aşkarlanıb
# 27 sentyabr 2021 17:13 (UTC +04:00)

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan APA-ya bildirilib ki, sentyabrın 20-dən 25-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 72 piyada əleyhinə, 6 tank əleyhinə mina və 121 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 185 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR