ANAMA: Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib

ANAMA: Mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı baş verib
# 30 noyabr 2021 14:28 (UTC +04:00)

Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.

Bu barədə APA-ya Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Ərazilər azad edildikdən sonra 73 mülki şəxs mina hadisəsinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR