ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə aşkarladığı mina və PHS-in sayı açıqlanıb

ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə aşkarladığı mina və PHS-in sayı açıqlanıb
# 26 avqust 2021 16:20 (UTC +04:00)

“Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibə nəticəsində öz ərazilərini işğaldan azad edib. Təəssüflər olsun ki, həmin ərazilər minalarla çirkləndirilib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

ANAMA-nın sədri bildirib ki, hazırda azad olunmuş ərazilərdə ANAMA-nın, Müdafiə Nazirliyinin, FHN-nin, DSX-nin nümayəndələri iş aparır: “Minatəmizləmə fəaliyyəti, əsasən, azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaradır. Avtomobil yollarının çəkilişi, şəhər infrastrukturunun istifadəyə verilməsi, kənd təsərrüfatı işlərinə şəraitinin yaradılması üçün tədbirlər görülür. Noyabr ayından bu günə qədər 4369 hektar ərazi minalardan təmizlənərək təhvil verilib, 10 469 ədəd partlamamış hərbi-sursat (PHS), 9390 ədəd piyada əleyhinə mina və 4056 ədəd tank əleyhinə mina aşkar edilib. Bu, ancaq ANAMA-nın həyata keçirdiyi əməliyyat tədbirlərinin nəticələridir. Ümumiyyətlə, bütün qurumlar tərəfindən 15178 ha ərazi təmizlənib istifadəyə verilib. Bu günə qədər 46 layihə üzrə işlər başlanıb, bunlardan 22-si yekunlaşdırılıb istifadəçiyə təhvil verilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR