ANAMA rəhbəri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin başçısı ilə görüşüb

ANAMA rəhbəri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin başçısı ilə görüşüb
# 10 noyabr 2021 16:38 (UTC +04:00)

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri, səfir Peter Mixalkonun müşayiət etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ANAMA-dan APA-ya verilən xəbərə görə, işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış layihələr, eləcə də minatəmizləmə fəaliyyətinin əsas meyarlarından biri olan mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində icra edilən təlimlər barədə məlumat verilib.

Səfir Peter Mixalko Avropa İttifaqının Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətini hər zaman dəstəklədiyini və Agentliyin fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Həmçinin, görüşdə minatəmizləmə fəaliyyəti, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə, eləcə də minadan zərərçəkənlərə yardım üzrə Avropa İttifaqının mümkün humanitar maliyyə yardımı və bu sahədə gələcək əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR