Antisanitar şəraitdə işləyən şəkərli qənnadı məmulatları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Şəkərli qənnadı məmulatları istehsalı müəssisəsi

© APA | Şəkərli qənnadı məmulatları istehsalı müəssisəsi

# 23 oktyabr 2021 14:06 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan APA-ya verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Şəki şəhəri, Xətai küçəsində fəaliyyət göstərən fiziki şəxs Hüseynov Tərlan Tahir oğluna məxsus şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama həyata keçirilib.

İlkin baxış zamanı müəssisənin sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktların tələblərinə əməl etmədən fəaliyyət göstərdiyi, müəssisənin istehsal sahəsinin yuyulub təmizlənə bilən materiallarla təchiz edilmədiyi, otaqlarda uzun müddət təmizlik işlərinin aparılmadığı, işıqlanmada istifadə edilən lampaların xüsusi mühafizəedici vasitələrlə örtülmədiyi müəyyən olunub.

Yoxlama zamanı istehsal prosesində müşayiətedici sənədləri olmayan aromat və boyalardan istifadə edildiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, şəkərli qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

“AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə almaqdadır”, - məluamtda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR