AQTA 191 adda pestisidin istifadəsinə qadağa qoyub

Qoşqar Təhməzli

© APA | Qoşqar Təhməzli

# 14 oktyabr 2021 11:11 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi 191 adda aktiv maddəni əhatə edən pestisidin ölkə ərazisində istifadəsinə qadağa qoyub.

APA-nın məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiyanın "Pestisidlərin və aqrokimyəvi maddələrin təhlükəsiz istifadəsi haqqında" qanununa dəyişikliklər edilib və həmin dəyişikliklər 29 iyunda qüvvəyə minib: "Qanundan irəli gələrək Agentlik və “Rosselxoznadzor” arasında saziş bağlanması nəzərdə tutulub. Sazişə əsasən, bu sahədə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən tətbiq edilən pestisid və aqrokimyəvi maddələrin normaları barədə məlumatların da qarşı tərəfə verilməsi, meyvə-tərəvəz məhsullarında pestisidlərin, nitratların və ağır metal duzlarının qalıq miqdarının Rusiyada qüvvədə olan normalar daxilində olması nəzərdə tutulur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR