AQTA: İndiyədək 187 pomidor, 54 alma istehsal müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib

AQTA: İndiyədək 187 pomidor, 54 alma istehsal müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib
# 01 sentyabr 2021 12:32 (UTC +04:00)

"Rusiyadan alma və pomidor məhsullarının idxalına qoyulan məhdudiyyətlərin aradan qaldırılması istiqamətində AQTA ilə Rusiyanın müvafiq qurumu arasında indiyədək intensiv görüşlər keçirilib".

APA-nın məlumatına görə, bunu AQTA-nın sədri Qoşqar Təhməzli "Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi" ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, görülmüş işlər nəticəsində indiyədək 187 pomidor, 54 alma istehsal müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib: "Hazırda Rusiyaya pomidor ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 329729 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan pomidor məhsulunun 184.5 %-ni təşkil edir. Alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı isə 121517 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 181.5%-i həcmindədir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR