AQTA sədri: “Ölkədə karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb”

AQTA sədri Qoşqar Təhməzli

© APA | AQTA sədri Qoşqar Təhməzli

# 01 sentyabr 2021 11:02 (UTC +04:00)

"Ölkəmizdə karantin ekspertizası üzrə fəaliyyət göstərən laboratoriyaların sayı 5-ə çatdırılıb".

APA-nın məlumatına görə, bunu AQTA-nın sədri Qoşqar Təhməzli "Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi" ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda bitki sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını nəzərdə tutan tədbirlər görülür: "Bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində beynəlxalq ekspertlərlə birgə “Bitki sağlamlığı haqqında” Qanunun yeni redaksiyada hazırlanması işləri aparılır".

Sədrin sözlərinə görə, AQTA yarananadək respublika ərazisində karantin ekspertizası üzrə yalnız 1 laboratoriya fəaliyyət göstərib: "Eyni zamanda ölkədə ilk dəfə molekulyar üsullar tətbiq edilməklə bitki virusu və xəstəliklərinin diaqnostikası təşkil edilib. Ölkə üzrə təsərrüfat sahələrində virus və bakteriya xəstəlikləri üzrə mütəmadi monitorinqlər təşkil edilib".

O qeyd edib ki, ölkəyə idxal olunan bitkiçilik məhsulları, aqro-kimyəvi vasitələr, eyni zamanda ölkədən ixrac olunan kənd təsərrüfatı məhsulları beynəlxalq standartlara söykənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR