AQTA sədri: “Tərəvəz bitkilərinin toxumlarının virusdan azad olunması ilə bağlı idxal şərtləri dəyişdirilib”

AQTA sədri Qoşqar Təhməzli

© APA | AQTA sədri Qoşqar Təhməzli

# 01 sentyabr 2021 11:23 (UTC +04:00)

"Bütün canlılar kimi bitkilər arasında da xəstəlik olub, var və olacaq. Müxtəlif dövrlərə uyğun olaraq bəzi müasir, virus mənşəli xəstəliklər də ortaya çıxır".

APA-nın məlumatına görə, bunu AQTA-nın sədri Qoşqar Təhməzli "Ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi" ilə bağlı mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər bir ölkənin götürdüyü öhdəliklər var: "İxrac zamanı idxalçı ölkənin ərazisində bitki mənşəli xəstəliklərin yayılmaması üçün öhdəlikləri yerinə yetirməlidir".

Q. Təhməzli bildirib ki, ölkə ərazisinə idxal olunan tərəvəz bitkilərinin toxumlarının virus və bakteriyalardan azad olunması ilə bağlı bağlı 23 ölkə ilə idxal şərtləri dəyişdirilib: "Tələblər sərtləşdirilib. Bununla əlaqədar idxal zamanı ekspertizalar həyata keçirilir. Yaxın zamanda İspaniyadan idxal olunan pomidor toxumlarından qonur qırışıqlığı virusu aşkarlanıb. İspaniyalı həmkərlara bununla bağlı notifikasiya göndərdik. Müvafiq qurum tərəfindən virus faktının olduğunu təsdiq etdilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR