AQTA sədri: "Yun, bal və digər heyvan mənşəli məhsulların AB ölkələrinə ixracı üçün addımlar atılacaq"

AQTA sədri Qoşqar Təhməzli d

© APA | AQTA sədri Qoşqar Təhməzli d

# 31 avqust 2021 12:59 (UTC +04:00)

“Azərbaycana ilk dəfə Avropa Birliyinə işlənmiş dərinin ixracı ilə əlaqədar rəsmi icazə verilib. Bu, çox əlamətdar hadisədir”.

Bunu jurnalistlərə açıqlamasında AQTA-nın sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, indiyə kimi heyvan mənşəli məhsullardan qeyri-qida məhsullarının ixracına ilk dəfə icazə verilir:

“Bundan sonra mərhələli şəkildə digər heyvan mənşəli məhsullların Avropa Birliyi ölkələrinə ixracı üzərində də müvafiq tədbirlər həyata keçiriləcək. Bu, təbii ki, sadə proses deyil. AQTA yarandığ vaxtdan etibarən bu sahədə ardıcıl tədbirlər həyata keçirilirdi. Bu, Azərbaycanda bilavasitə heyvan sağlamlığnın nəzarətdə olması, eyni zamanda, xüsusi təhlükəli zoonoz xəstəliklərlə yayıla biləcək xəstəliklərə qarşı mübarizəni beynəlxalq səviyyədə aparılmasına dəlalət edir. Növbəti addım kimi yun, bal və digər heyvan mənşəli məhsulların ixracının mərhələli şəkildə AB ölkələrinə ixracı üçün addımlar atılacaq”.

Onun sözlərinə görə, Azərbaycanda iki şirkətin işlənmiş dərinin AB ölkələrinə ixracı ilə əlaqədar rəsmi, müsbət cavab alınıb: “Bundan sonra digər müəssisələr də müraciət edərlərsə, həmin müəssisələrin beynəlxalq standartlara uyğunlaşdırılması və beləliklə, o müsəssisələrdən ilk olaraq qeyri-qida heyvan mənşəli məhsulların, sonra isə heyvan mənşəli məhsullarının, digər süd və süd, ət məhsullarının da mərhələli şəkildə AB ölkələrinə ixracı üzərində lazımi işlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR