Araz İbrahimov: “Böyrək daşı xəstəliyində kiçik məsuliyyətsizlik xəstənin ölümünə səbəb ola bilər”

Araz İbrahimov: “Böyrək daşı xəstəliyində kiçik məsuliyyətsizlik xəstənin ölümünə səbəb ola bilər”

© APA | Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov

# 04 avqust 2021 15:40 (UTC +04:00)

“Çox kiçik bir daş böyrəyi sıradan çıxara bilər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.

Onun sözlərinə görə, böyrək həssaslığı itdiyi üçün bəzən ağrı da hiss olunmur və nəticədə böyrək itirilir: “İkinci təcili hallardan biri də odur ki, böyrək daşı tamamilə yolu bağlayırsa və sidik çıxa bilmirsə, bu zaman iltihab yaranır, böyrək ciddi şəkildə qanla dolur. Bu zaman sepsis yarana bilər. Kiçik məsuliyyətsizlik xəstənin ölümünə səbəb ola bilər. Gün ərzində tez-tez adi su qəbul etmək lazımdır. Gündəlik nə qədər idrara çıxılmağa baxılmalıdır, gündəlik litr yarımdan az sidiyə gedilsə, bu, kristallaşmağa və daş yaranmasına səbəb ola bilər”.

A. İbrahimov deyib ki, çayın tərkibində oksavat çoxdur: “Daşların 100 faizindən 80-nin də tərkibində bu maddə var. Ona görə çay xeyirli içki deyil. Pivə isə sidikqovucu olsa da, məsləhətli deyil”.

Onun sözlərinə görə, gündəlik 3-3,5 litr su qəbul edilməlidir: “Eyni zamanda, limonla zeytunun qarışımı, eyni zamanda avokado bitkisinin yarpağı böyrək daşı riskinin qarşısını alır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR