"ASAN Xidmət" işçilərinin say həddi artırılıb

"ASAN Xidmət" işçilərinin say həddi artırılıb
# 28 sentyabr 2021 16:48 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi artırılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidindən 995 ştat vahidinə qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR