“Avrovizia-2021” müsabiqəsində qalib gələn qrupun solisti narkoloji testdən keçib

İtaliyanın “Maneski” rok qrupunun solisti, David Damiano

© APA | İtaliyanın “Maneski” rok qrupunun solisti, David Damiano

# 25 may 2021 03:10 (UTC +04:00)

“Avrovizia-2021” mahnı müsabiqəsində qalib gələn İtaliyanın “Maneski” rok qrupunun solisti David Damiano narkotik istifadə etmək şübhəsilə narkoloji testdən keçib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Yayım Birliyi (AYB) rəsmi açıqlamasında bildirib.

Qeyd edilib ki, İtaliya təmsilçilərinin istəyi ilə mövcud olan bütün videoçəkilişlər yoxlanılıb, araşdırma aparılıb. Qrupun aparıcı müğənnisi könüllü olaraq narkotik testdən keçib. Testin nəticəsi mənfi olub.

Təşkilat şübhələrə son qoyulduğunu elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR