Aydın Kərimov: "Şuşaya investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək" - VİDEO

Aydın Kərimov, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi 

© APA | Aydın Kərimov, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi 

# 18 sentyabr 2021 13:23 (UTC +04:00)

"Şuşada hotellərin və qonaqlama yerlərinin inşası, ictimai iaşə və işgüzar tipli yerlərin yaradılması üçün sözsüz ki, həm yerli, həm xarici investorların cəlb olunması təqdirəlayiq bir fakt olacaq, lakin bunlar hamısı baş plana uyğun olmalıdır".

APA-nın xəbərinə görə, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

"Baş planın artıq müfəssəl həlləri həyata keçirilir və yuxarıda sadaladığım sahələrə investorların cəlb olunması mərhələ-mərhələ həyata keçiriləcək", - deyə o əlavə edib.

Aydın Kərimov bildirib ki, Şuşada keçmiş sovet Kommunist Partiyasının rayon komitəsinin yerləşdiyi və daha sonra işğal dövründə qondarma rejimin şəhər meriyasının yerləşdiyi binada da təmir işləri gedir: "8 noyabr Zəfər Günü sevincinin - buradan, binanın damında milli bayrağımızın dalğalanmasının şahdi olanda artıq bu binanın yeni abu-hava ilə, müasir üslubda, yeni fəaliyyət istiqamətləri ilə yenidən qurulub təmir olunmasına qərar verildi. Hazırda təmir işləri sürətlə gedir, yaxın iki-üç ayda bu işlər bitəcək və bu bina yeni fasad görkəmində və Şuşanın memarlıq üslubuna uyğun olaraq fəaliyyətə başlayacaq. Binanın damı dəyişdirilir, daxildə də bir sıra işlər görüləcək. Burada Şuşa şəhərində Prezidentin Xüsusi Nümayəndəliyi və Şuşa Dövlət Qoruğu İdarəsi yerləşəcək".

Onun sözlərinə görə, Şuşada şəhərdaxili paylayıcı şəbəkə, transfromatorlar quraşdırılır: “İlkin mərhələdə bu ilin sonunadək beş transformator quraşdırılacaq. Onların gücü müvafiq obyektlərin işıqla tam təmin edilməsinə hesablanıb, eyni zamanda tikilməkdə olan 7 qazanxananın da qidalanmasına xidmət edəcək. Qazanxanaların böyük əksəriyyəti elektrik enerjisi ilə qidalanacaq ki, bu da bir yenilikdir. Ekoloji mühitə heç bir zərər vermədən, dizel və qaz yanacağından istifadə etmədən onların istismarına başlanacaq. Şuşada Xüsusi Nümayəndəliyin nəzarəti altında aparılan işlər öz qrafikinə uyğun aparılır və bir ay yarım ərzində tamamlanacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR