Azad edilmiş ərazilərdə 14618 daşınmaz əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb

Azad edilmiş ərazilərdə 14618 daşınmaz əmlakın çöl inventarlaşdırma işləri tamamlanıb
# 02 oktyabr 2021 14:29 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə aparılan ilkin inventarlaşmanın bütün məlumatları Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilib.

APA-nın xəbərinə görə, bu barədə Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə Işçi Qrupun iclasında bildirilib.

Belə ki, 14618 daşınmaz əmlakın (11685 ədəd tikili və 2933 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb.

Hazırda 20 dövlət qurumunun və təşkilatının Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulması təmin edilib, onlara sistemdə işləməklə bağlı təlimlər keçirilib, artıq 15 qurum tərəfindən məlumatların sistemə daxil edilməsinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR