Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı 600 müraciət daxil olub

Azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə bağlı 600 müraciət daxil olub
# 01 iyul 2021 10:10 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun iclasında bildirilib.

Hazırkı dövrə qədər 600-dən artıq müraciət daxil olub. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR