AZAL aviaşirkət adından fırıldaqçılıq faktları barədə məlumat yayıb

AZAL aviaşirkət adından fırıldaqçılıq faktları barədə məlumat yayıb
# 20 may 2021 19:03 (UTC +04:00)

Aviaşirkət adından fırıldaqçılıq faktları barədə AZAL-a məlumat daxil olub.

AZAL-dan APA-ya verilən məlumata görə, fırıldaqçılar özlərini şirkətin insan resursları departamentinin əlaqələndiriciləri kimi qələmə verərək, insanları işə qəbulla bağlı fırıldaqçıların bank kartı nömrəsinə müəyyən vəsaitin köçürülməsinin zəruri olduğuna inandırırlar.

Qeyd edilib ki, aviaşirkət işə qəbul zamanı heç vaxt bu cür tədbirlərə əl atmayıb. “Azərbaycan Hava Yolları” ölkə vətəndaşlarını anonim və yoxlanılmayan mənbələrə inanmamağa çağırır.

“AZAL” QSC, öz növbəsində, fırıldaqçılıq faktının araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR