Azərbaycan erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib

Azərbaycan erməni hərbçinin meyitini Şuşada qarşı tərəfə verib
# 24 sentyabr 2021 17:41 (UTC +04:00)

Azərbaycan 44 günlük müharibədə ölmüş erməni hərbçinin meyitini qarşı tərəfə verib.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, meyit sentyabrın 23-də Şuşada verilib.

Meyiti verilən hərbçinin kimliyi məhkəmə-tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində indiyədək 1670 erməni hərbçinin meyiti və meyitinin qalıqları tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR