Azərbaycan hökuməti və BMT-nin birgə layihəsi üzrə keçirilən media kampaniyasına yekun vurulub - FOTO

Əlilliyi olan qadınlar və müharibə veteranları ilə bağlı layihəsi iştirakçılarının mükafatlandırma mərasimi

© APA | Əlilliyi olan qadınlar və müharibə veteranları ilə bağlı layihəsi iştirakçılarının mükafatlandırma mərasimi

# 25 avqust 2021 15:14 (UTC +04:00)

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi layihəsinin media kampaniyası”na yekun vurulub.

APA xəbər verir ki, media kampaniyasında qalib olan iştirakçıların mükafatlandırma mərasimi baş tutub. Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Rəşad Dayiyev, layihənin məqsədi, həssas qrupların hüquqlarının və rifahının təminatı, onların məşğulluq imkanlarının artırılması sahəsində hökumətin apardığı işlərin əhəmiyyətindən danışıb və layihə çərçivəsində görülən işlər haqqında məlumat verib: “Bu layihə çərçivəsində virtual laboratoriya, inklüziv məktəb yaradılıb. Biz gələcəkdə regionlarda da belə məktəblər yaratmağı düşünürük”.

BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsinin müavini Çaru Bista layihə çərçivəsində görülən işlərdən danışıb: “Layihə çərçivəsində biz Azərbaycanda ilk dəfə olaraq əlilliyi olan şəxslər haqqında məlumatların toplandığı kitab dərc etmişik. Son bir ay ərzində əlilliyi olan 48 tələbə rəsm, oyma kursları bitiriblər. Həmin kurslar ödənişsiz şəkildə təşkili olunub. Biz inanırıq ki, biz düzgün istiqamətdəyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi layihənin icrasına 2019-cu ildə başlanılıb. İki il davam edəcək layihə Bakı, Salyan və Masallı rayonlarını əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR