Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi: “Ağdam sakinləri aparılan quruculuq işlərini öz gözləri ilə görəcəklər”

Emin Hüseynov,  Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

© APA | Emin Hüseynov, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi

# 05 sentyabr 2021 15:11 (UTC +04:00)

“Ağdam sakinləri bu gün doğma torpağa ilk dəfə qədəm basdılar”.

Bunu APA-ya açıqlamasında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
E. Hüseynov deyib ki, indiyə qədər bir çox qonaqları - xarici qonaqları, dövlət xadimlərini qəbul ediblər: “Amma bu gün çox fərqli gündür. Sevə-sevə bu səfərləri təşkil edirik. Bu səfərlər böyük qayıdışın başlanğıcı kimi qəbul olunur. Bu kampaniya xarakteri daşımır, Ağdam bərpa olunan günə kimi bu səfərlər davam edəcək, onlar öz dədə-baba yurdlarına gəlib gedəcəklər. Həm də Ağdamda aparılan quruculuq işlərini də öz gözləri ilə görəcəklər. Bərpa planı hazırlanır. Bərpa planında Ağdamın səfalı yerləri, dağlıq kəndləri də var. Sözsüz ki, ermənilər o kəndləri də talan edib, dağıdıblar. Dövlət orqanları, Əlaqələndirmə Qərargahı çərçivəsində dəymiş ziyanın hamısını siyahıya alıb. Abdal və Gülablı kəndlərinin də bərpası üçün geniş miqyaslı işlər aparılmalıdır. Hər kəs tam əmin ola bilər ki, biz Ağdamı cənnətə çevirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR