Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb

Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb
# 14 iyun 2021 10:04 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının növbəsi aradan qalxıb. Samur Gömrük Postundan APA-nın şimal bürosuna verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb. 
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhəddində yük maşınlarının uzun növbəsi yaranmışdı. Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxıla yük maşınlarının sayı artırılmışdı.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR