Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri dəyişib

Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri dəyişib
# 19 may 2021 12:24 (UTC +04:00)

Azərbaycan “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri dəyişib.

APA-nın xəbərinə görə, TUMİB ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir ki, TUMİB-in onlayn formatda növbəti Qurultayı keçirilib.

Qurultay işinə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsilə başlayıb.

Təşkilatın sədri Çingiz Bayramov TUMİB-in yaranmasından, fəaliyyətindən, gördüyü işlərdən, həyata keçirilən layihələrdən danışıb. O, təşkilatın yeni dönəm fəaliyyətinin qurulmasında, rəhbərliyində gənclərin aktiv çalışmasının vacibliyini qeyd edib.

Daha sonra Qurultayda təşkilatın sədrliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib. Təşkilatın yeni sədri “Dokuz Eylül” Universitetinin dokturantı Tural Əfəndiyev seçilib.

Yeni sədr TUMİB-i daha da irəli aparmağa, yeni üzvlər cəlb etməyə, maraqlı və önəmli layihələr icra etmə çalışacağını, TUMİB-in Türkiyə məzunlarının cəmiyyətdə təmsilçiliyinin artırılması, məzunlar arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində aktiv iş aparacağını, təşkilatın Azərbaycan və Türkiyə gəncləri arasında körpü rolunu oynayacağını, bundan sonra Azərbaycan-Türkiyə münasibətlərinə yeni töhfələr verəcəklərini, dövlətçiliyə sadiq olacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR