Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

© APA | Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

# 27 iyul 2021 18:04 (UTC +04:00)

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar.

Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Burada görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn parlament sədrləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Parlament sədrləri, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Eyni zamanda, abidənin önünə əklil qoyulub, türk şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR