Azərbaycan və rus bölmələri üzrə universitetlərə qəbul imtahanlarında iştirak edənlərin faiz göstəricisi açıqlanıb

Azərbaycan və rus bölmələri üzrə universitetlərə qəbul imtahanlarında iştirak edənlərin faiz göstəricisi açıqlanıb
# 23 iyun 2021 15:45 (UTC +04:00)

Ötən il II və IV ixtisas qrupları istisna olmaqla, qalan bütün qruplarda imtahanda iştirak edənlər arasından ali təhsil müəssisələrinə qəbulolma faizi rus bölməsində daha yüksəkdir, amma müsabiqədə iştirak etmək hüququ qazanan abituriyentlər arasında isə III və V ixtisas qrupları istisna olmaqla, digər qruplarda qəbulolma faizi Azərbaycan bölməsində daha yüksəkdir.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə götürdükdə, Azərbaycan bölməsində ali təhsil müəssisələrinə qəbul olanlar imtahanlarda iştirak edənlərin 44.95%-ni, müsabiqədə iştirak etmək hüququ qazananların isə 58.32%-ni təşkil edir. Rus bölməsində bu göstəricilər, müvafiq olaraq, 47.10 və 57.13%-dir.

Qəbulolma göstəricilərinin təhsil formaları üzrə təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrinə 36068, özəl ali təhsil müəssisələrinə isə 5680 nəfər qəbul olub. Dövlət ali təhsil müəssisələrinin qəbul planı 88.45%, özəl ali təhsil müəssisələrinin planı isə 73.37% dolub. Ali təhsil müəssisələrinə 5179 subbakalavr qəbul olunub və onların 15.22%-i dövlət sifarişi üzrə, 84.78%-i isə ödənişli əsaslarla ayrılan yerlərə qəbul olunub. Qəbul olunan subbakalavrların 67.08%-i (3474 nəfər) dövlət, 32.92%-i (1705 nəfər) özəl ali təhsil müəssisələrinə qəbul olunub. 1.14 saylı cədvəldən göründüyü kimi subbakalavrların böyük əksəriyyəti (93.20%-i) I və II qrup ixtisaslarına qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR