“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyət istiqamətləri üçün lisenziya alınması qaydası dəyişib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyət istiqamətləri üçün lisenziya alınması qaydası dəyişib
# 12 iyul 2021 19:14 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarında dəyişiklik edib.

Qeyd edək ki, indiyə qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin bu Nizamnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR