Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir

Səhiyyə nazirinin müavini Viktor Qasımov

© APA | Səhiyyə nazirinin müavini Viktor Qasımov

# 12 oktyabr 2021 15:57 (UTC +04:00)

“Azərbaycana yeni növ vaksin gətirilməsi gözlənilmir. Ölkədə hələlik 4 növ vaksin istifadə olunur ki, bu da kifayətdir”.

APA-nın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini bildirib ki, əhali üçün müxtəlif çeşiddə peyvəndlər təqdim olunur: “Hesab edirəm ki, hələlik yeni növ peyvəndlərin gətirilməsinə ehtiyac yoxdur. Çünki əhali istifadə olunan vaksinlər üçün hazırdır və onları məmnuniyyətlə qəbul edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR