“Azərbaycanca-uyğurca lüğət” nəşr olunub

“Azərbaycanca-uyğurca lüğət” nəşr olunub

© APA | “Azərbaycanca-uyğurca lüğət” nəşr olunub

# 23 iyul 2021 16:42 (UTC +04:00)

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyevanın “Azərbaycanca-uyğurca lüğət”i nəşr olunub.

AMEA-dan APA-ya bildirilib ki, lüğət əsasən ümümişlək sözləri və müəyyən terminləri əhatə edir. Kitabda Azərbaycan dilində işlənən 4000-ə yaxın sözün qarşılığı verilib. Burada frazeoloji birləşmələr, atalar sözləri və məsəllərə də yer ayrılıb.

Azərbaycanda ilk dəfə hazırlanmış bu lüğət geniş oxucu kütləsi, xüsusən filoloq və türkoloqlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Azərbaycanca-uyğurca lüğət” tanınmış türkoloq, professor Məhəbbət Mirzəliyevanın xatirəsinə ithaf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR