Azərbaycanda 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib

Azərbaycanda 19 məktəb, 505 sinif koronavirusa görə distant təhsilə keçib
# 22 oktyabr 2021 11:57 (UTC +04:00)

Ölkə üzrə tədrisə başlanılan tarixdən indiyədək 4432 ümumi təhsil müəssisəsindən 19 məktəb (0,4 faiz), 89 674 sinifdən 505 sinif (0,6 faiz) distant formaya keçirilib.

APA-nın məlumatına görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirilir.

Bu siniflərdən 72-də əyani təhsil forması artıq bərpa edilib.

Hazırda 433 sinif distant formada tədrisə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR