Azərbaycanda 6 kabel şəbəkə yayımçısının lisenziyası ləğv olunub

Milli Televiziya və Radio Şurası

© APA | Milli Televiziya və Radio Şurası

# 12 noyabr 2021 14:43 (UTC +04:00)

Bəzi kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib.

APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

İclasda bir sıra operatorların ümumiyyətlə yayım həyata keçirmədikləri müzakirə olunub və "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasını Qanununun 23.2.7-ci maddəsinə əsasən həmin kabel şəbəkə yayımçılarına ("Digicom" MMC, "Mobil Yayım Sistemləri" MMC, "Pluton Satellite" MMC, "Caspel" MMC, "Avir TV" MMC, "MNS Service" MMC) verilmiş lisenziyaların qüvvəsinə xitam verilməsi barədə qərar qəbul olunub.

Şura iclasında kabel (İPTV) operatorlarının fəaliyyəti, onların retranslyasiya etdikləri televiziya kanallarının lisenziyalı yayımının təşkil olunması məsələsi də geniş müzakirə olunub. Bildirilib ki, Şuranın son bir ildə həyata keçirdiyi görüşlər, rəsmi yazışmalar nəticəsində əksəriyyət kabel (İPTV) operatorlarının retranslyasiya etdikləri kanallarla (və ya onların rəsmi agentləri ilə) bağladıqları müqavilələrin surətlərinin Şuraya təqdim olunması təmin olunub. Bəzi operatorlara qanunvericiliyin bu tələbinə əməl etmədikılərinə görə son xəbərdarlıq edilib, “Şam" MMC (Smart TV Plus) barəsində isə inzibati protokol tərtib edilib və müvafiq rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR