Azərbaycanda ali məktəblərdə dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılır

Azərbaycanda ali məktəblərdə dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılır
# 08 noyabr 2021 12:32 (UTC +04:00)

Növbəti il üçün ödənişli əsaslarla təhsil alan məcburi köçkün statuslu, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş, əllil olmuş şəxslərin uşaqları və ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, ikitərəfli saziş və müqavilələr əsasında dövlət hesabına təhsil alan əcnəbi tələbələrin sayı cəm olaraq cari illə müqayisədə 2569 nəfər, təqaüd alan tələbələrin sayı isə 12008 nəfər artımla proqnozlaşdırılıb.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda əksini tapıb.
Qeyd edilib ki, ümumilikdə növbəti tədris ili üçün dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının 2020-2021-ci tədris ili ilə müqayisədə 15893 nəfər və ya 16,7 faiz artırılaraq 110834 nəfərə çatdırılması proqnozlaşdırılıb. Bununla yanaşı, ölkədə ixtisaslı və peşəkar kadrların hazırlanmasına dövlət qayğısının daha da artırılması, təhsildə yüksək nəticələr əldə edən tələbələrin təqaüd almaları üçün əlavə imkanların yaradılması məqsədilə, ali təhsil müəssisələrində dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin martın 1-dən 16 min vahid artırılması və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması kimi qarşıya qoyulmuş hədəflərin növbəti ildə də maliyyə təminatı nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR