Azərbaycanda yeniyetmə narkotik istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda yeniyetmə narkotik istifadəçilərinin sayı açıqlanıb
# 08 dekabr 2021 15:12 (UTC +04:00)

“Hazırda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 33 788 nəfərdir. Bu, 2020-ci ilin sonuna olan statistikadır. Bu ilin statistikası gələn ilin yanvar ayında olacaq”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, ölkədə 65 yaşdan yuxarı narkotik istifadəçilərinin də qeydiyyatı aparılır: “Azərbaycanda 65 yaşdan yuxarı 207 nəfər narkotik istifadəçisi qeydiyyatdadır. Son vaxtlar narkotik istifadəçilərinin sayında artım var. Bu, aparılan işlər nəticəsində rəsmi qeydiyyata düşənlərin sayının artması ilə bağlıdır. Yeniyetmələrin narkotikdən istifadə halları müşahidə edilir. 15-17 yaşlı narkotik istifadəçilərinin sayı statistikada 9 nəfər olsa da, bu, tam statistikanı əks etdirmir. Çox vaxt narkotik istifadəçiləri müalicə üçün müraciət etmir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR