Azərbaycanda bir gündə 1448 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib

Azərbaycanda bir gündə 1448 nəfər COVID-19-a yoluxub, 11 nəfər vəfat edib
# 14 oktyabr 2021 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 496 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 476 229 nəfər müalicə olunaraq sağalıb, 6 720 nəfər vəfat edib, aktiv xəstə sayı 13 831 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 092, ötən müddət ərzində isə ümumilikdə 4 989 627 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR