Azərbaycanda bir gündə COVID-19-a 156 nəfər yoluxub, 37 nəfər sağalıb - VİDEO

Azərbaycanda bir gündə COVID-19-a 156 nəfər yoluxub, 37 nəfər sağalıb - VİDEO
# 11 iyul 2021 16:31 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 337 254 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Ölkədə son sutka ərzində 10 144, hazırkı dövrədək isə 3 852 280 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR