Azərbaycanda bir gündə COVID-19-dan 88 nəfər sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib - VİDEO

Azərbaycanda bir gündə COVID-19-dan 88 nəfər sağalıb, 56 nəfər yoluxub, 1 nəfər vəfat edib - VİDEO
# 20 iyun 2021 16:33 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 335 493 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib, aktiv xəstə sayı 981 nəfərdir.

Ölkədə son sutka ərzində 7 581, hazırkı dövrədək isə 3 675 862 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR