“ÜST-ün məlumatlarına əsasən, böyrək daşı xəstəliyinin yayılma ocaqlarından biri Qafqaz regionu hesab olunur”.
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Rauf Nağıyev "Böyrək daşı xəstəlikləri" mövzusunda çıxışında deyib.
O bildirib ki, Qafqaz ən geniş endemik ocaqlardan biridir: “Bizim ölkədə isə şimal və şimal-qərb bölgəsində - Quba, Qusar, Xaçmaz, Zaqatala və Qax rayonlarında böyrək daşları ilə bağlı müraciətlər daha çox olur”.