Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 6 milyon dozanı ötüb

Azərbaycanda COVID-19-a qarşı vurulan peyvəndlərin ümumi sayı 6 milyon dozanı ötüb
# 20 avqust 2021 17:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54455 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43046, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11409 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6045471, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3617203, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2428268 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR