Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 02 iyun 2021 16:30 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 54 379 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6 503 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 367 094, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 452 774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 914 320 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR