Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 03 iyun 2021 16:32 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 50 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5769 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 418 082, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 497 993, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 920 089 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR