Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
# 04 iyun 2021 16:34 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 47637 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5371 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2465719, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1540259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 925460 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR